"Yeni mərhələdə elmi əlaqələrin inkişafı, dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq elmi seminar keçiriləcək
Dek 12, 2016 | 01:00

19-20 dekabr 2016-cı il tarixlərində AMEA-nın və MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkilatçılığı ilə "Yeni mərhələdə elmi əlaqələrin inkişafı, dialoq və əməkdaşlıq" mövzusunda beynəlxalq elmi seminar keçiriləcək.

Tədbirdə MDB-yə üzv ölkələrin, həmçinin Gürcüstan və Estoniyanın elmlər akademiyalarının 25-ə qədər rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.

Seminarın açılış mərasimi dekabrın 19-də saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 129.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir